"Sileks"in baş məşqçisi: "Qarabağ" çox güclüdür"

img

18-08-2020 [22:15]


“Zənnimcə, yaxşı oyuna baxdıq. Rəqibimiz çox güclü komandadır. Bununla belə, pis oynadığımızı düşünmürəm. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 şansımız oldu”.

Bunu Şimali Makedoniyanın “Sileks” komandasının baş məşqçisi Qoran Simov Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bildirərkən deyib.

Simov qeyd edib ki, “Qarabağ” ona kiçik boş sahə verildikdə, bundan asanlıqla yararlanır. O, hesabın böyük olmasından və hakimlikdən məmnun olmadığını diqqətə çatdırıb: "Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi".

Bununla belə, rəqib baş məşqçi "Qarabağ"ı yenidən qrup mərhələsində görmək istədiyini söyləyib: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram. İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi. "Qarabağ"ı yenidən qrup mərhələsində görmək istərdim". 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR