"Belarusdakı vəziyyətlə bağlı Rusiya ilə danışacağıq" - Tramp "Bizdən fəqli olaraq, orada çox böyük dinc yürüş oldu" dedi  

img

18-08-2020 [19:45]


ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Belarusdakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu deyib.

Bu barədə Donald Tramp ABŞ-da qadınlara səsvermə hüququnu verən 19-cü düzəlişin 100 illiyi ilə bağlı mərasimdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən demokratiyanı sevirəm. Görünən odur ki, Belarusda demokratiya azdır. Biz bununla bağlı müzakirələr aparırıq. Uyğun zamanda Belarusdakı vəziyyətlə bağlı Rusiya ilə danışacağıq. Həmçinin, bu məsələyə daxil olan digər tərəflərlə də danışacağıq.

Belarusda bizim ölkədən fəqli olaraq çox böyük dinc yürüş oldu. Bizdə, Portland və digər yerlərdə olan mitinqlər isə anarxist xarakterli idi", - deyə ABŞ Prezidenti bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR