"O, çox böyük səhv edib, qələt edib" - Atasından Kəramət Böyükçölün saxlanmasına sərt reaksiya

img

18-08-2020 [18:07]


Xəbər verdiyimiz kimi, Yazıçı Kəramət Böyükçöl polis əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən onun atası, şair-publisist Qəşəm Nəcəfzadə bildirib ki, oğlunun dünən "facebook"da canlı bağlantıda söylədikləri içkinin təsirindəndir: "Mən Daşkəsəndəydim, indi rayondan qayıdıram.

O, çox böyük səhv edib, qələt edib ki, bağlantıda elə sözlər deyib. İki saat bundan öncə mən Kəramətin özü ilə danışmışam, evdə idi. Mən onu danladım ki, sən çox böyük səhv edirsən. Sən vətənpərvər, dövlətini sevən oğlan olduğun halda içib danışırsan. İçki onu o vəziyyətə qoymuşdu. O, elə oğlan deyil".


Digər xəbərlər
SON XƏBƏRLƏR