"Xaricdə yataqxanadan bayıra çıxmayıblar, ancaq..." - Qocaman YAP-çı yaşlı məmurların kütləvi "vurulması"na etiraz etdi
18-08-2020 [16:24]
Kadr dəyişiklikləri zamanı ölkə başçısının gənclərə üstünlük verməsi cəmiyyətdə müsbət qarşılanıb. Artıq “köhnə qvardiya”nın tamamilə hakimiyyətdən getməsi ilə bağlı çağırışlar başlayıb.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor, qocaman YAP-çı Əli Əlirzayev bildirib ki, gənc və yaşlı nəsil problemi həmişə olub:
“Yaşlılar bilməlidir ki, insan qocaldıqca enerji və fəallıq müəyyən mənada azalır. Cavanlar isə bəzi işlərdə təcrübənin vacib olduğunu anlamalıdır. Elə işlər var ki, biliklə yanaşı, toplanmış münasibətlər də orada mühüm rol oynayır. Yaşlının da, gəncin də fərqli baxışları var”.
Əli Əlirzayev hesab edir ki, əgər bir insan özünü idarə edə bilirsə, o, 70-75, hətta 85 yaşında da fəaliyyət göstərə bilər:
“Sovet vaxtında yaşlı adamlar qorxurdu ki, cavanlar gəlib yerlərini tutacaqlar. İndi isə xalq və dövlət üçün kim daha çox xeyir verirsə, onlar işləyir və işləməlidirlər. Mənə elə gəlir ki, yaş senizi vacibdir, amma bu, o demək deyil ki, vəzifəsinin öhdəsindən layiqincə gələn biri vəzifədən çıxarılmalıdır. Əgər 30 yaşında biri nazir olursa, daha nə olsun... Belə məsələdə tələsmək lazım deyil. Mənim 75 yaşım var. Mən özümü 30-35 yaşındakı istənilən bir insandan istər debatda, istər məqalələrdə, istərsə də tələbənin, cəmiyyətin, qonşunun, qohumun qarşısında yüksək sayıram. Nə üçün mən vəzifədən getməliyəm? Nazirliklər üçün də təcrübə lazımdır. Düzdür, nazirlər həmişə təyin olunub və olunacaq. Amma gəlin baxıb görək, 30-32 yaşındakı bir adam həyatda kimlərlə oturub-durub, kimləri görüb? Xaricdə bir məktəb bitirib, yataqxanadan bayıra çıxmayıb. Pullu və ya pulsuz oxmağını da Allah bilir... Amma biz Moskvaya gedib orada 10-20 il oxuyurduq, Qorbaçov səviyyəsində olan akademiklərlə müzakirələrimiz olurdu. İndi biri mənim yerimə gəlib çıxır, düzdür, mən xəstə ola bilərəm, ölə bilərəm, amma yenə də mən düşünürəm ki, bu düzgün siyasət deyil”.
Həmsöhbətimiz bəzi adamları yaş xatirinə vəzifədən çıxarmağın doğru olmadığını diqqətə çatdırıb:
"Kampaniya xatirinə qocaları vəzifədən çıxarmaq doğru deyil. Mən bir ziyalı kimi bunun əleyhinəyəm. Heç kəs də deməsin ki, qocaların yaşı çatıb, onları işdən çıxarın. Şəxs istəyirsə, müqavilə ilə işləyə bilər. Ola bilsin ki, səhv edib, amma dərhal çıxarmaq olmaz. Çünki hər insan səhv edə bilər. Cavan adam varlanmaq istəyir, yaşlı adam da nəvə-nəticələrini saxlamaq... Müxtəlif pozisiyalar var. Ona görə də bu məsələyə yanaşma müxtəlif prizmadan olmalıdır.
İnsanın həyat tərzi elədir ki, cəmiyyət onu görür və bilir. Baxırlar ki, bu adam 15-20 il vəzifədə olub, amma yaşayışı orta təbəqədən fərqlənmir, vətənpərvərliyi, insanlara münasibəti yerindədir, yəni tamahı öndə getmir. Belə olan halda niyə kampaniyanın bir parçasına çevrilməlidir. Mən parlamentdə 8 il olmuşam, hər kəs fəaliyyətimi görüb təqdir edib. İndi bunun millətə nə ziyanı var? 60-65 yaşında olan biri vəzifə baxımından yetişmiş biridir”.
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb