İranla Türkiyə arasında aviareyslər bərpa edilir 

img

18-08-2020 [15:32]


Sentyabrın 1-dən İran və Türkiyə arasında aviareyslər bərpa edilir. 

Bunu İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.

Onun sözlərinə görə, Türkiyədən həftədə 21 uçuş Tehrana, 4 uçuş Təbriz və Şiraza təşkil olunacaq. 

Sentyabrın 5-dən isə Türkiyədən Məşhəd və İsfahan şəhərlərinə də uçuşlar təşkil olunacaq.

İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşlar həyata keçiriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR