Nazirlikdən tenderlərlə bağlı dövlət qurumlarına - Xəbərdarlıq
18-08-2020 [14:25]
Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq satınalmaların təşkili məqsədilə satınalan təşkilat “Dövlət satınalmaları haqqında” qanunun 4-1-ci maddəsinə əsasən satınalma planını təsdiq etməli, dövlət satınalmalarının vahid internet portalında həmin planı yerləşdirməli, satınalma predmetinin ehtimal olunan qiymətini hesablamalı, tender komissiyasını formalaşdırmalı, tenderin elanını və əsas şərtlər toplusunu hazırlamalı, tender komissiyası tərəfindən tenderin elanı və əsas şərtlər toplusu təsdiq edildikdən sonra həmin elanı rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının Vahid İnternet Portalında (https://etender.gov.az) yerləşdirməlidir.
Mia.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, satınalmaların təşkili və keçirilməsi məqsədilə satınalan təşkilatın formalaşdırdığı tender komissiyası tərəfindən malgöndərənlərdən (podratçılardan) daxil olan tender təklifləri “Dövlət satınalmaları haqqında” Qanunun 36-cı maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməli, Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq tərtib olunan tender komissiyasının yekun protokolu sözügedən Qanunun 37.5-ci maddəsinə əsasən onun imzalanmasından sonrakı 3 bank günü ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunmalıdır:
"Satınalan təşkilatlardan daxil olan yekun protokolların təhlili zamanı aşkar olunan pozuntu və nöqsanların nəticəsi olaraq yekun protokolların yenidən tərtib olunmasına və ya ümumiyyətlə satınalmaların nəticələrinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilməsinə zərurət yaranır.
Göstərilənləri nəzərə alaraq dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsi, habelə keçirilmiş satınalmaların nəticələrinə dair yekun protokolların tərtibi prosesində aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması tövsiyə olunur:
Müvafiq satınalma predmeti üzrə satınalma planının dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) vaxtında yerləşdirilməsinə;
Tender komissiyasının qanunvericilikdə müəyyən edilmiş vaxtda formalaşdırılmasına;
Tender komissiyası tərəfindən tender elanının və tenderin əsas şərtlər toplusunun təsdiq edilməsinə;
Tender elanının və tenderin əsas şərtlər toplusunun qanunvericiliyə uyğun tərtib olunmasına, o cümlədən bu sənədlərin “Dövlət satınalmaları haqqında” Qanunun 14-cü maddəsinin tələblərinə uyğun hazırlanmasına;
Tender elanında və yekun protokollarda qeyd edilən satınalma predmetinin düzgün göstərilməsinə;
Tender barədə elanların rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında qanunvericiliklə müəyyən edilmiş müddətlərdə və sayda dərc edilməsinə;
Tenderdə iştirak haqqının müəyyənləşdirilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş hədlərə riayət edilməsinə, iştirak haqqının ümumi məbləğinin tenderin əsas şərtlər toplusunu almış malgöndərənlərin (podratçıların) sayına uyğun olmasına;
Satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) adlarının, hüquqi ünvanlarının və bank rekvizitlərinin yekun protokollarda düzgün qeyd edilməsinə;
Satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) eyni ünvanda qeydiyyatda, habelə təsisçilərinin və qanuni təmsilçilərinin eyni şəxs olub-olmaması məsələlərinə;
Malgöndərənlər (podratçılar) tərəfindən tenderdə iştirak etmək üçün tələb olunan müraciət və sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə satınalan təşkilata təqdim edilməsinə;
Malgöndərənlərin (podratçıların) kateqoriyasının (mikro, kiçik, orta və ya iri) yekun protokolda düzgün qeyd edilməsinə;
Yerli mallar (işlər və xidmətlər) təklif edən malgöndərənlərin (podratçıların) xeyrinə güzəştin tətbiqi məsələlərinə;
Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair satınalan təşkilat tərəfindən irəli sürülən tələblərin və malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin “Dövlət satınalmaları haqqında” Qanunun 6.2-ci maddəsinin tələblərinə uyğun olmasına;
Tender elan edildikdən sonra tenderin elanında və tenderin əsas şərtlər toplusunda əsassız dəyişikliklərin aparılmasına yol verilməməsinə;
Tender təkliflərinin açılışında elan olunan məlumatların tender komissiyasının yekun protokolunda düzgün əks olunmasına;
Tender təklifinin və tender təklifinin təminatının məbləğinin düzgün hesablanmasına, qüvvədə olma müddətlərinin mövcudluğuna və qanunvericiliyin tələblərinə uyğun olmasına;
Tender təklifinin, müqavilənin yerinə yetirilməsi (tələb olunduğu hallarda) və avans ödənişinə (avansın ödənilməsi nəzərdə tutulduqda) dair təminatların məbləğinin qanunvericiliyin tələblərinə uyğun yekun protokollarda qeyd edilməsinə;
Tələblərə cavab verməyən malgöndərənlərin (podratçıların) kənarlaşdırılması məsələlərinə;
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda tender komissiyasının qərarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunub-olunmaması məsələlərinə;
Tender təkliflərində hesablama səhvləri aşkar edildikdə bu barədə məlumatın yekun protokolda qeyd edilməsinə;
Tender təkliflərinin qiymətləndirilməsi meyarlarının tender elanında göstərilən meyarlara uyğun olmasına və qanunvericiliyə uyğun tətbiq edilməsinə;
Tender proseduru ilə bağlı satınalan təşkilata daxil olan şikayətlər barədə məlumatın yekun protokollarda əks olunmasına;
Tender komissiyasının yekun protokolunun tender komissiyasının bütün üzvləri tərəfindən imzalanmasına".
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)