"Sizi Xankəndi və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik” - İcma sədri Türkiyə səfiri ilə bir arada + FOTO

img

18-08-2020 [13:09]


Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının "Twitter" səhifəsində məlumat verilib.

O bildirib ki, bu gün ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı müvəqqəti iqamətgahda qarşılamaq şərəfinə nail olublar: "Sizi Xankəndində və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”.

İcma rəhbəri yazıb ki, görüşdə mövcud məsələlər, potensial əməkdaşlıq müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA