Ceyhun Bayramov birinci katibə XİN-də yüksək vəzifə verdi

img

18-08-2020 [12:35]


Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Mia.az Müsavat.com-a istinadən bildirir ki, bundan sonra Konsulluq İdarəsinin rəisi vəzifəsini Səfərov Emil Firdovsi oğlu icra edəcək.

Qeyd edək ki, Emil Səfərov Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, bir müddət öncə XİN-nin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov həbs edilmişdi. O, rüşvətalma və digər cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA