Məhkumların tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat təsdiqlənib 

img

18-08-2020 [12:30]


Ədliyyə Nazirliyinin Kollegiyası “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”ı təsdiq edib.

Məlumata görə, məhkumlarla tərbiyə və psixoloji yardım işi Cəzaların İcrası Məcəlləsinə, “Psixoloji yardım haqqında” qanuna Qanununa, “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na, digər qanunvericilik aktlarına, habelə bu Təlimata əsasən təşkil edilib.

Təlimata əsasən, məhkumlarla məhkumlarla tərbiyə işi pedaqoji və psixoloji üsullara əsasən cəzaçəkmə müəssisəsinin növü, cəzanın müddəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla fərdi və qrup (kütləvi) şəkildə aparılacaq.

Məhkumların islah olunmalarında onlarla əxlaqi, hüquqi, əmək, fiziki və başqa tərbiyə tədbirlərinin keçirilməsi tərbiyə işinin əsas istiqamətləridir.

Məhkumların əxlaqi tərbiyəsi onlarda mənəvi-etik normaların formalaşmasına və ümumi insani dəyərlərə yiyələnmələrinə istiqamətləndirilir.

Hüquqi tərbiyə tədbirləri məhkumların vətəndaş və dövlət arasında yaranan münasibətlərinin tənzimlənmə qaydalarına, hüquq normalarının yerinə yetirilməsinin vacibliyinə, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin düzgün qiymətləndirilməsi barədə hüquqi biliklərə yiyələnmələrinə və onların ictimai-faydalı əməklə məşğul olmaq, eləcə də, təhsil almaq, mənzil-məişət, ailə-nikah və başqa sahələrdə malik olduqları hüquqlarını öyrənmələrinə xidmət edəcək.

Məhkumlarla aparılan əmək tərbiyə tədbirləri onların müəyyən ixtisaslara yiyələnmələrinə və azadlığa buraxıldıqdan sonra faydalı əməklə məşğul olmalarına köməklik göstərmək məqsədi daşıyır.

Məhkumlarla aparılan fiziki tərbiyə tədbirləri onların fiziki və psixi sağlamlığının qorunmasını, asudə vaxtlarının səmərəli keçirilməsini təmin edəcək.

Dəstələrdə (müəssisədə), kütləvi aparılan tərbiyə işinin məqsədi (məşğələ, mühazirə, iclas, müsabiqə, disput, özfəaliyyət dərnəkləri, idman tədbirləri, özfəaliyyət təşkilatlarının işi və s.) məhkumlarda kollektivçilik və faydalı təşəbbüskarlıq vərdişlərinin inkişaf etdirilməsini, sabit, nizam-intizama riayət edən məhkum kollektivinin yaradılmasını təmin etməkdir.

Fərdi tərbiyə işinin nəticələri məhkumların fərdi tərbiyə işi dəftərlərinə (1 nömrəli əlavə) hər ay qeyd edilir və məhkumlar barədə mülahizə tərtib olunduqda nəzərə alınaraq, onların şəxsi işlərinə tikiliəcək.

Təlimat 30 iyul 2020-ci il tarixində qüvvəyə minib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR