"Barselona" baş məşqçi ilə yollarını rəsmən ayırıb

img

17-08-2020 [23:49]


İspaniya "Barselona"sı baş məşqçisi Kike Setyenlə yollarını rəsmən ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar idarə heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

Kataloniya təmsilçisi ilə 2022-ci ilin yayınadək müqaviləsi olan ispaniyalı mütəxəssislə əməkdaşlığa son qoyulub.

Yerli mətbuat komandanın yeni baş məşqçisinin hazırda Niderland millisinə rəhbərlik edən Ronald Kuman olacağını iddia edir. Onunla 3 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Setyenin başçılığı altında La Liqada çempionluğu əldən verən "Barselona" UEFA Çempionlar Liqasında isə Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.


Digər xəbərlər
SON XƏBƏRLƏR