Gürcüstanda beynəlxalq aviareyslərə məhdudiyyətin müddəti uzadılıb

img

17-08-2020 [18:23]


Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti sentyabrın 30-dək uzadılıb.

Bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Qeyd olunub ki, məhdudiyyətlər Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara şamil olunmayacaq.

Qonşu ölkə digər istiqamətlər üzrə müntəzəm hava əlaqəsinin mərhələli şəkildə bərpasına dair qərarları epidemioloji vəziyyətdən asılı olaraq qəbul edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR