İlyas İsmayılov Baş redaktora müavin vəzifəsi verdi - "Ədalət"də təyinat

img

17-08-2020 [17:48]


"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

Bu  haqda bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA