XİN erməni təxribatı ilə bağlı bəyanat yaydı: "Azərbaycan bütün imkanlardan istifadə etməklə..."
17-08-2020 [15:26]
“Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir”.
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, bütün bunlar Ermənistanın səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirmək məqsədini güddüyünün bariz təzahürüdür: “Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir.
Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Özünün hərbi təxribatlarının Azərbaycan ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür”.
Məlumatda daha sonra bildirilib ki, Ermənistan tərəfi Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməkdən növbəti dəfə çəkinməyərək, Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib.
“Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma “rəsmi qurumların” Şuşa şəhərinə köçürmək niyyətini bildirib.
Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir.
Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri qayıtmaq hüququnun bərpa edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir. Bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz Ermənistanın sözügedən niyyətindən birdəfəlik imtina edilməməsi ciddi fəsadlar törətmək təhlükəsi yaradır.
Ermənistan, Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qanunsuz iqtisadi və digər fəaliyyətlər kontekstində Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək istiqamətində addımlar atır. Sərsəng su anbarı ilə bağlı Ermənistanın addımları Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, dövlət və xüsusi mülkiyyət hüquqlarının növbəti pozuntusu olmaqla qanunsuz mahiyyət daşıyır. Azərbaycan ərazilərini işğal etdikdən bəri Ermənistan Sərsəng su anbarından ekoloji terror aləti kimi istifadə etməklə, işğal edilmiş ərazilərimizə yaxın məskunlaşmış Azərbaycan vətəndaşlarını su resurslarından məhrum edir, nəticədə həmin ərazilərdə ekoloji vəziyyətə ciddi ziyan vurulub, biomüxtəlifliyə xələl gətirilib. Qeyd edilənlər birmənalı olaraq, Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində təsbit edilib. Su anbarının infrastrukturunun dəyişdirilməsi istiqamətində cəhdləri Ermənistanın qeyd edilən ekoloji terror siyasətinin növbəti addımı kimi nəzərdən keçirilməlidir.
Bundan əlavə, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng su anbarı ilə əlaqəli addımlar da Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinə xidmət edir, işğal edilmiş ərazilərdə məskunlaşdırılmaq üçün daha çox etnik erməninin cəlb edilməsi məqsədini güdür.
Ermənistanın özünün təhrikedici qanunsuz fəaliyyəti və təxribat məqsədli bəyanatları ilə beynəlxalq ictimaiyyətin, ilk növbədə isə Azərbaycan dövlətinin və ictimaiyyətinin səbrini sınağa çəkməyə son qoymalıdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi birmənalı olaraq bildirir ki, Azərbaycan Respublikası özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, konstitusiya quruluşunun müdafiəsi, vətəndaşlarının təhlükəsizliyinin və hüquq və azadlıqlarının təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn ona verdiyi bütün imkanlardan istifadə etməklə bütün zəruri addımları atmaq əzmində və qətiyyətindədir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanın bölgədə vəziyyəti məqsədyönlü gərginləşdirməyə və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması imkanlarını tamamilə məhv etməyə yönəlmiş bu təhrikedici cəhdləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini məlumatlandırıb. Ermənistanın qeyd edilən davranışına adekvat qiymət verilməsi, onun bütövlükdə region üçün ciddi təhlükəli fəsadlara gətirib çıxara biləcək addımlardan çəkindirilməsi və münaqişənin dinc yolla nizama salınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi (822 (1993), 853 (1993), 874 (1993), 884 (1993)) və ATƏT-in qərarları əsasında siyasi-hüquqi çərçivəsi müəyyən edilmiş danışıqlar prosesinə qaytarılması vacibdir.
Xarici İşlər Nazirliyi bundan sonra da Ermənistanın qanunsuz fəaliyyətinin dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində bütün siyasi diplomatik mexanizmlərdən istifadə etməklə zəruri addımları atacaqdır”.
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı