Lukaşenkonun rəqibi meydan oxudu: "Belarusun milli lideri olmağa və məsuliyyəti üzərimə götürməyə hazıram"

img

17-08-2020 [11:19]


Belarusda avqustun 9-da keçirilmiş seçkilərdə prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya ölkəsinin milli lideri olmağa hazır olduğunu bəyan edib.

Bu barədə o, "Youtube"də yayımlanan müraciətində bildirib.

O, Belarusda vəziyyətin sabitləşməsi, həyatın normal ritminə qayıtması üçün məsuliyyəti üzərinə götürməyə və milli lider qismində çıxış etməyə hazır olduğunu bəyan edib.

S. Tixanovskaya qeyd edib ki, ölkədəki bütün siyasi məhbuslar sərbəst buraxılmalı, həmçinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz qəbul edəcəyi həqiqi, ədalətli və şəffaf seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlər hazırlanmalıdır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR