Bu gün Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək

img

17-08-2020 [09:18]


Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək. 

Mia.az-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək. 

Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR