Çempionlar Liqası: "Mançester Siti" "Lion"la bacarmadı

img

16-08-2020 [09:00]


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində "Mançester Siti" klubu ilə Fransa "Lion"u üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Joze Alvalade” stadionunda baş tutub.

Mia.az xəbər verir ki, 3:1 hesabı ilə qələbə qazanan "Lion" yarımfinala yüksəlib. 

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. "Lion"un heyətində Maksvel Korne fərqlənib. 

Bununla da "Lion" yarımfinalda "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR