"Sevimli qardaşım Robert bu gün nur içində vəfat etdi" - Tramp 

img

16-08-2020 [10:12]


ABŞ prezidenti Donald Tramp 72 yaşlı kiçik qardaşı Robertin öldüyünü açıqlayıb.

TASS xəbər verir ki, onun açıqlamasını Ağ Evin mətbuat xidməti yayıb.

"Ağır bir ürəklə bildirirəm ki, sevimli qardaşım Robert bu gün nur içində vəfat etdi. O, sadəcə mənim qardaşım yox, ən yaxşı dostum idi. Çox darıxacam, amma yenə görüşəcəyik. Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm"- Donald Tramp deyib.

Daha əvvəl NBC teleşirkəti Robert Trampın ciddi xəstəlik səbəbiylə xəstəxanaya aparıldığını bildirmişdi. Mənbələr onun hansı xəstəlikdən əziyyət çəkdiyini demirdilər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR