Hindistanda koronavirusa qarşı üç dərmanın sınağı aparılır

img

15-08-2020 [11:17]


Hazırda Hindistanda COVID-19 virusuna qarşı üç ayrı peyvənd dərmanının sınaqları aparılır.

Bu barədə Baş nazir Narendra Modi bildirib.

O deyib ki, alimlər yaşıl siqnal verən kimi ölkəmiz onların kütləvi miqdarda istehsalına başlayacaq.

Milli bayram olan Müstəqillik Günü münasibətilə paytaxt Nyu-Dehli yaxınlığındakı tarixi Qırmızı Qalanın divarlarından xalqa müraciət edən hökumət başçısı ölkədə koronavirus epidamiyasına qarşı mübarizə aparan hər kəsə alqış etdiyini bildirib: “Bu böhranlı dövrdə mərdanə vuruşmağa davam edən bütün korona cəngavərlərinin qarşısında təzim edirəm. Hazırkı COVID dövründə bu qəhrəmanlar “Seva Parmo Dharma” (ali qanunlara qulluq etmək – red.) mantrasının hökmü ilə yaşayaraq Hindistan xalqını qoruyurlar”.

Cəmi bir neçə ay bundan əvvəl N-95 maskalarını, fərdi qoruma ləvazimatları və havalandırıcı cihazlarını idxal etmək məcburiyyətində qaldıqlarını, hazırda isə bütün bunları istehsal etməklə yanaşı başqa ölkələrə də kömək etdiklərini xatırladan Hindistan baş naziri koronavirusla mübarizədə mühüm nailiyyətlər qazandıqlarını qeyd edib: “Ölkə xalqının əzmkarlığı sayəsində biz koronavirus üzərində qələbəyə nail olacağıq”.

Qeyd edək ki, ölkədə indiyədək koronavirusa 25 526 193 nəfər yoluxub ki, bunlardan 49 036 nəfər ölüb, 1 808 937 nəfəri də sağalıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR