Nəsimi rayon İcra Hakimiyyəti açıqlama yayıb

img

14-08-2020 [19:00]


Nəsimi rayon İcra Hakimiyyəti açıqlama yayıb.

İH-dən Mia.az-a daxil olan məlumata görə, bəzi saytlarda “Bakının bu küçəsində ağacların dibi betonlandı” başlıqlı yazı ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə qeyd olunan əraziyə baxış keçirilib.

"Nəticədə uzun illər öncə ərazinin abadlığı üçün aparılmış işlər nəticəsində yaranmış vəziyyətlə bağlı ərazidəki 4 ağacın gövdəsinə yaxın sahə təmizlənərək ağacların dibi yumuşaldılmış və suvarma işləri aparılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ərazi nəzarətə götürülmüş, mövcud yaşıllıqlara qulluq göstərilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. Həmçinin yaxınlıqda fəaliyyət göstərən özəl subyektlərin nümayəndələrinə yaşıllıqların qorunması, onlara qulluq göstərilməsi barədə tövsiyyələr olunmuşdur.

Eyni zamanda qeyd edirik ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər keçirilir. Rayonun digər ərazilərində olduğu kimi, yaxın günlərdə Tbilisi və Moskva prospektləri boyunca genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmış, yeni yaşıllıq zolaqları salınaraq çoxsaylı həmişəyaşıl ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Bu işlər hazırda da davam etdirilməkdədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR