Mikayıl Cabbarov “The Jerusalem Post”da Ermənistan iqtidarını "vurdu": "Orada siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb..."
14-08-2020 [17:54]
Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun “The Jerusalem Post” nəşrindəki müəllif yazısında deyilir.
Nazir yazıb ki, bu gün mürəkkəb dövrdür: “COVID-19 pandemiyası bizim ənənəvi həyat tərzimizi dəyişib. Virus gündəlik olaraq minlərlə ölümə səbəb olur. Bu, beynəlxalq quruluşun iqtisadi və sosial əsaslarını zəiflədir, yoxsulluğu gücləndirir və inkişafı ləngidir”.
M.Cabbarov qeyd edib ki, bu mürəkkəb dövrdə Azərbaycan daha bir təhdidlə üz-üzə qaldı. Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun davam edən işğalı fonunda iyulun 12-də bu ölkə Azərbaycana yeni genişmiqyaslı hücum həyata keçirdi. Hücum münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verdi: “Maraqlıdır ki, Tovuz rayonu əsas neft və qaz borularının tranzit marşrutu üzərində yerləşir. Beləliklə, Ermənistanın təcavüzkar fəaliyyəti dünya enerji bazarlarının təhlükəsizliyinə və Azərbaycanın enerji ehtiyatlarının istehlakçılarının, o cümlədən İsrailin enerji təhlükəsizliyinə böyük təhdiddir”.
Müəllif bildirib ki, Ermənistanın bu təxribatçı addımının səbəblərindən biri bilavasitə bu ölkədəki vəziyyətlə bağlıdır: “Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir, korrupsiya geniş yayılıb, emiqrasiya artır. Pandemiya ilə vəziyyətə nəzarət çox zəifdir. Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə bir-birilə münaqişədədir. Bu şəraitdə Ermənistan hökuməti hərbi əməliyyatlarla insanların diqqətini daxili problemlərdən yayındırmaq üsulunu seçdi”.
Nazir qeyd edib ki, hazırda Ermənistan hətta Azərbaycanla xarici tərəfdaşları, o cümlədən İsrail arasında münasibətlərlə manipulyasiya etməyə çalışır: “Erməni KİV-lərində məqalələr dərc etməklə sanksiya, embarqo və boykot yolu ilə Azərbaycanla münasibətlərə son qoymağa çağırır”.
O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz tərəfdaşlarının gündəmi ilə manipulyasiya etmir: “İsraillə ikitərəfli münasibətləri inkişaf etdirməklə biz Azərbaycanda bu münasibətləri üçüncü tərəflərə qarşı yönəltmirik. Bizim səylərimiz hər zaman beynəlxalq təhlükəsizliyə, sabitliyə və sülhə mühüm töhfə verməyə yönəlib. Biz tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Biz divarlar əvəzinə körpülər tikməyə kömək göstərmək istəyirik və bizim qurduğumuz münasibətlər artıq dostlarımıza xeyir gətirir”. /Trend
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları