"İCRA BAŞÇISININ QARDAŞI, BACISI OĞLU..." - Həbsdəki məmurun qardaşı Prezidentə məktubunda elə iddialar irəli sürdü ki...
13-08-2020 [23:47]
“Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın hiyləsi və ssenarisi ilə həbs edilən qardaşım Akifin haqsız tutulmasına dözə bilməyən bacımız bu ilin iyul ayının ortalarında intihar etmişdir...”.
Bu xəbər Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatdan sonra həbs edilən Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin qardaşı Tofiq Calalovun ölkə Prezidenti İlham Əliyevə və Baş Prokurora ünvanladığı müraciətdə yer alıb.
Bir nüsxəsi “AzPolitika.info”-ya göndərilən müraciətdə Tofiq Calalov əvvəlcə ölkə Prezidentinin rəhbərliyilə Azərbaycannda geniş quruculuq işlərinin həyata keçirilməsiindən məmmunluğunu ifadə edir:
“Hörmətli cənab Prezident,
Sizin prezidentliyiniz illərində minlərlə məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və xüsusi təyinatlı sosial obyektlər tikilib xalqın istifadəsinə verilmişdir. Son 15 il ərzində təkcə paytaxt Bakı deyil, ucqar bölgələr də öz simasını dəyişmiş, müasirləşmişdir.
Zati-aliləri, bütün xalqımız televiziya məkanında sadəlik nümunəsi göstərərək dəfələrlə özünüzü xalqın xidmətçisi elan etməyinizin canlı şahididir. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, bir çox dövlət məmurları siyasətinizə müqavimət göstərir, ölkədə narazıların sayını artırmağa və sosial gərginlik yaratmağa çalışır, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək talançılıqla və rüşvətxorluqla məşğul olurlar”.
Tofiq Calalov daha sonra müraciətində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya qarşı ittihamlara keçir:
“Dediklərimə nümunə olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanı göstərmək olar. Bütün rayon ictimaiyyəti bilir ki, İradə xanım 5 ildən artıqdır ki, doğma qardaşı Rövşəni, bacısı oğlu Babəki, yaxın qohumları Şamili, Cəfəri ətrafına toplayıb onların vasitəsilə rüşvətxorluqla məşğuldur. O, Abşeron rayonuna gəlir gətirən yağlı obyekt kimi baxır, onun fəaliyyəti başçıdan çox makleri xatırladır. Bir sözlə, bu gün Abşeron İcra Hakimiyyəti “vosmoyun bazarı” təsirini bəxş edir.
Bu ilin iyun ayında daxil olmuş çoxsaylı məlumatlar əsasında Respublika Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların müraciətləri araşdırılarkən müraciətlərdə göstərilən faktların böyük əksəriyyəti öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, Abşeron rayonunun İcra Başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən, bacısı oğlu Babək, yaxın qohumları Şamil, Cəfər rayonda baş alıb gedən rüşvətxorluğa, talançılığa rəvac verir, başçının pul yığanları kimi tanınırlar.
Deyilənləri təsdiq etmək üçün onlarla insan iş aparan müstəntiq tərəfindən qəbul edilmiş, onlar icra başçısının adları çəkilən yaxın qohumlarının üzünə dirənməyə hazır olduqlarını bildirsələr də, müstəntiq onlardan izahat alıb rəsmiləşdirməmişdir”.
Daha sonra Tofiq Calalov müraciətində bildirilir ki, icra başçısı İradə Gülməmmədova vəziyyətin özü üçün dramatik hal aldığını, qardaşının və yaxın qohumlarının həbslə üz-üzə qaldığını görərək, rayonun baş memarı Akif Əliyevlə görüşərək, onunla razılaşmaya gedib:
“Başçı baş memara bildirir ki, əgər mən həbs edilsəm, sizlər də kütləvi şəkildə həbs olunacaqsınız. Lakin sən mənə qarşı irəli sürülən ittihamları öz üzərinə götürüb, tutulsan, mən səni 10 gün müddətinə azadlığa çıxara bilərəm. İradə Gülməmmədova Akif Əliyevdən təkidlə xahiş edir ki, rayonda baş verən bütün neqativ faktların məsuliyyətini öz üzərinə götürsün. Akif Əliyev də başçının vədlərinə inanaraq, hətta baş memarın səlahiyyətlərinə aid olmayan bir çox qanunazidd əməllərə imza atdığını öz üzərinə götürür. Bunun nəticəsində də iyun ayının 23-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilir”.
Tofiq Calalov qardaşının ittiham olunduğu cinayətlərin heç birini törətmədiyinə əmin olduğunu bildirir:
“Hörmətli cənab Prezident, icra başçısı İradə Gülməmmədovanın hiyləsi və ssenarisi ilə həbs edilən Akif Əliyev mənim qardaşımdır. Əgər onun zərrə qədər təqsiri olsaydı, mən dəyərli vaxtınızı alıb Sizə zəhmət verməzdim. Sizi səmimiyyətimə inandırmaq istəyirəm ki, onun həbsinin heç bir hüquqi əsası yoxdur. O, İradə Gülməmmədovanın əvəzindən tutulub. Akif Əliyevin memar olaraq neçə illərdir ki, bütün səlahiyyətləri, o cümlədən möhürü, ştampı da əlindən alınmışdı.
Onu da xüsusi vurğulamaq lazım gəlir ki, qardaşım Akifin sifarişlə haqsız tutulmasına dözə bilməyən bacısı bu ilin iyul ayının ortalarında intihar etmişdir”.
Sonda Tofiq Calalov qardaşının işinin ədalətli araşdırılmasını xahiş edir: “Hörmətli cənab Prezident, bu məktubu xüsusi nəzarətə götürməyinizi, Akif Əliyevə qarşı irəli sürülən ittihamların yenidən araşdırılmasına və ədalətli qərar çıxarılmasına göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm. Ümidvaram ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi bizdən də əsirgəməyəcəksiniz.
Zati-aliləri, işi aparan müstəntiqin qanunazidd əməllərini cəsarətlə hallandırdığıma görə gələcəkdə mən, övladlarım və doğmalarım müstəntiqin təqiblərinə və təzyiqlərinə məruz qalarıqsa bu zaman bütün məsuliyyət və cavabdehlik müstəntiqin üzərində qalacaqdır.
Hörmətli cənab Prezident, qoy, Ulu Yaradanımız Sizi daim hifz etsin, öz mübarək əlləri ilə həyat yollarınıza, siyasi fəaliyyətinizə çıraq tutsun, Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin - Amin!”
Məktubda yer alan iddialarla bağlı İcra Hakimiyyətinin və şəxsən icra başçısı İradə Gülməmmədovanın da mövqeyini dərc etməyə hazırıq.
AzPolitika.info
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib