UEFA milli komandaların turnirləri ilə bağlı qərarlar qəbul edib

img

13-08-2020 [17:13]


UEFA aşağı yaş qrupu üzrə milli komandaların 2019/20 və 2020/21 mövsümünü əhatə edən turnirləri ilə bağlı qərarlar qəbul edib.

Mia.az saytının məlumatına görə, qitə futbol qurumu 55 üzv assosiasiya ilə məsləhətləşmələrdən sonra bir sıra addımlar atıb.

2019/20
U-17, qızlar:

- Elit-raund və final turniri ləğv olunub.
- Dünya çempionatı təsdiqlənərsə, ən yüksək əmsal reytinqinə sahib üç Avropa komandası (İngiltərə, Almaniya, İspaniya) seçiləcək.

U-19, oğlanlar:
- Elit-raund 2020-ci ilin oktyabrında keçiriləcək.
- Şimali İrlandiyada final mərhələsi
2020-ci ilin noyabrında qrup mərhələsi;
2021-ci ilin martında pley-off mərhələsi.

2020/21
UEFA İcraiyyə Komitəsi 2020/21 mövsümündə gənclər arasındakı çempionatların seçmə oyunlarının 2021-ci ilin yazına qədər təxirə salınması və bu cür yarışların sayının azaldılması barədə qərar qəbul edib.

U-17, qızlar:
- Təsnifat mərhələsi 2021-ci il fevralın sonuna qədər keçiriləcək (mini-turnir).
- Elit-raund ləğv edilib və pley-off mərhələsi ilə əvəz olunub.
- Pley-off (14 komanda) 2021-ci il martın sonuna qədər keçiriləcək.
- Final mərhələsi planlaşdırıldığı kimi, 2021-ci ilin mayında Farer adalarında keçiriləcək.

U-17, oğlanlar:
- Təsnifat mərhələsi 2021-ci il martın sonuna qədər keçiriləcək (mini-turnir).
- Elit-raund ləğv edilib.
- 13 qrup qalibləri və reytinqə əsasən 2 komanda planlaşdırıldığı kimi, 2021-ci ilin mayında Kiprdə keçiriləcək final mərhələsinə vəsiqə qazanır.

U-19, qızlar:
- Seçmə mərhələ 2021-ci ilin fevralında keçiriləcək (mini-turnir).
- Elit-raund ləğv edilib və pley-off mərhələsi ilə əvəz olunub.
- Pley-off oyunları 2021-ci ilin aprelində təşkil olunacaq (14 komanda).
- Final mərhələsi planlaşdırıldığı kimi, 2021-ci ilin iyulunda Belarusda keçiriləcək.

U-19, oğlanlar:
- Seçmə mərhələ 2021-ci ilin martında keçiriləcək (mini-turnir)
- Elit-raund ləğv edilib və pley-off mərhələsi ilə əvəz olunub.
- Pley-off oyunları (14 komanda) 2021-ci il mayın sonuna qədər keçiriləcək.
- Final mərhələsi planlaşdırıldığı kimi, 2021-ci ilin iyulunda Rumıniyada keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR