"Ərimdən çox qayınanam məni qısqanırdı..." - Elza efirdə ağladı 

img

12-08-2020 [15:42]


"Bəxtəvərlərin bəxtəvəriyəm... Anadan olan gündən bəxtəvərəm. Bəzi insanlar var ki, göz qaytarmaq üçün xoşbəxtliklərini gizlədirlər, ağlayırlar. Mən isə ağlayanda belə bəxtəvərəm".

Bu sözləri Əməkdar artist Elza Seyidcahan "Həyat, sevgi və göz yaşları" proqramında deyib.

Müğənni heç vaxt pessimist olmadığını söyləyib.

"Bu gün ocaqlara da gedəndə şükür edirəm. Deyirəm, Allah, günahlarımı bağışla, verdiklərini çox görmə" deyə, Seyidcahan əlavə edib.

Qızı Gülşəndən danışan müğənni göz yaşlarını saxlaya bilməyib:

"Övladlarıma çox bağlı insanam. Qızım Türkiyədə təhsil alma şansı qazanmışdı, amma məni qoyub getmədi. Elə mənim də... 2017-ci ildə İstanbuldan bötük təkliflər almışdım. Getmədim... Qızım balaca idi, işə gedirdim, evdə tək qalırdı. Hələ evimizin bir otağı hazırlanmışdı. Gecə yatmırdı, gözləyirdi mən gələcəm, çıxıb qarşılayırdı". 

Anasından söz açan E.Seyidcahan onun əzazil qadın olduğunu bildirib:

"Anam o qədər ciddi idi ki... Ona "Əzazil ana" şeiri yazmışam. Anam həyatda özünə baxmayıb. Paltar, ayaqqabı alırdı geyinmirdi. Deyirdi ki, ərsiz arvadam, bəzənərəm pis baxarlar. Oğul anası cavan qalar, qız anası ciddi olar. Anam deyirdi ki, qızı olan ana bəzənməməlidir, övladı bəzənib-geyinməlidir".

İfaçı qayınanasının onun başına açdığı oyunları etiraf edib:

"Ərimdən çox qayınanam məni qısqanırdı. Nəsə çox yaraşırdısa, onu geyinməyə qoymurdu. Konservatoriyaya getməli idim, qoymurdu gedim. Bunlara baxmayaraq, düşünmürdüm ki, boşanım, ailəm dağılsın. deyirdim, Allah bunu yazdı, iki uşağım var. Onu yox, övladlarımı sevirdim"/Axşam.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR