Azərbaycanda dərslər necə keçiriləcək? - Yeni qaydalar hazırlanır + DETALLAR
12-08-2020 [14:46]
Azərbaycanın orta məktəblərində I, V, IX siniflərin həftədə üç dəfə, ara siniflərin həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlaması təklif edilir.
Bununla bağlı Təhsil Nazirliyinə yerli təhsil şöbələrindən təkliflər daxil olub.
Təkliflərdə qeyd olunur ki, X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilə bilər (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq virus daşıyıcısı olma ehtimalları nəzərə alınır).
Eyni zamanda baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris ediləcək (qarışıq tədris modeli): "Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilməli, həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilməlidir. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.
Bundan başqa, tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın, operativ və mobil tədris planları müəyyənləşdirilməli, maliyyə itkisinə yol verməmək üçün real tədris planları hazırlansın".
Bundan əlavə, Azərbaycanda kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilə bilər.
Bildirilir kii, məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilməli, şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilməli, lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunmalıdır: "Dərs başlayarkən məktəbdə heyət müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunmalı, bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın. Qapıda termometr və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir.
Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır. Risk qrupu altında olan müəllimlər və digər işçilər işə cəlb edilməməli, onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilməlidir. Mümkün olan hallarda onlayn cədvəllər hazırlanmalıdır. Davamiyyət məcburi olmasın, məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilməlidir".
Təklifdə qeyd edilib ki, nəm, havalanması normadan az olan, gün işığı zəif düşən otaqlarda dərslər təşkil edilməsin/Report.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib