AFFA-nın Operativ Qərargahın qaydalarından xəbəri var?

img

11-08-2020 [12:29]


10.08.2020 tarixindən etibarən açıq havada idman yarışlarına icazə verildi.

Təbii ki, buna futbol da daxildir. Buna qədər isə bütün premyer liqa komandalarının məşq etməsinə icazə verilib. (8 komandaya) Amma hələ ki, AFFA l divizion, region liqası, uşaq liqalarının məşqlərinə icazə verməyib. Niyə? Hansı səbəbə görə? Bunu kimsə izah edə bilərmi?

Buna qədər hər şey "Operativ Qərargah"ın üzərinə atılırdı ki, onlar icazə verməlidir. İndi ki, icazə verib ?! Uşaqlar dilə gəlməsə də artıq onlar da online məşqlərdən bezib. Bəs o uşaqların, Azərbaycan uşaqlarının gələcəyi necə olacaq ? Artıq 6-ci aydır ki, uşaqlar evdə məşq edir. Bununla nə əldə etmək olacaq? Nə vaxta qədər başımızı aldadacağiq?

Nəzərə alsaq ki, artıq yoluxmaların sayında kəskin azalma gedir. Yəni, bundan sonra "Operativ Qərargah"ın yenidən geriyə addım atacağı heç də inandırıcı görünmür. Bizə idman lazımdır. Sağlam yaşamaq üçün. Ölkə başçısı Cənab İlham Əliyev dəfələrlə vurğulayıb: "İdman Azərbaycan xalqının sağlamlığıdır"!

Çox uzağa getməyə ehtiyac yoxdur! Rusiya və Gürcüstan kimi ölkələrdə uşaq futboluna icazə verilib.

İndi deyin görüm iki-üç həftə sonra Bakı çempionatı start götürəcək ?

Yoxsa yuxarıda qeyd etdiyim kimi AFFA-nın "Operativ Qərargah"ın idmanla bağlı verilən icazəden xəbəri yoxdur ?

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR