İlham Əliyev mərasimdə: ““Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var"
10-08-2020 [16:11]
“Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır”.
Mia.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir: “Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır”.
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq
Baxçalıdan skandal açıqlama: "Mənə qalsa, yarımsaata qapadaram"
Xalq artisti Sərdar Fərəcovun səhhəti barədə açıqlama yayıldı