Bakıda mənzildən oğurluq edən şəxs tutuldu

img

10-08-2020 [13:37]


Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki  mənzillərin birindən 1 535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR