Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub

img

10-08-2020 [10:27]


Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində sərt karantin rejimi ləğv olunub.

Mia.az “Report”a istinadla xəbər verir ki, ötən gün kənddə əhalinin kütləvi testdən keçirilməsi prosesi başa çatdırılıb.

Bu gündən Qaracalara giriş-çıxış bərpa olunub, bütün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən koronavirusun yayılması təhlükəsi ilə bağlı təcrid olunmuşdu. Qardabanidə indiyədək 71 nəfərdə COVID-19 aşkarlanıb, 10 nəfər artıq sağalıb. Yoluxma hallarının 42-si Qaracalarda qeydə alınıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR