"Bütün dünya yeni dalğaya hazırlaşır, biz də hazırlaşırıq" - TƏBİB-dən əhaliyə xəbərdarlıq

img

08-08-2020 [11:49]


“Hər gün yoluxanların sayı sağalanların sayından az olur”.

Mia.az xəbər verir ki, bu fikirləri  TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yumşalmaya gedilir: “Biz göz yummaqla problem həll olunmayacaq. Bu gün bütün dünya yeni dalğaya hazırlaşır. Biz də hazırlaşırıq. Hər şey bizim özümüzdən asılıdır. Bəzi qapalı məkanlar açılır. Biz qapalı yerlərdə qaydalara ciddi riayət etməliyik. Çox sıxlıq olan yerlərə üz tutmayaq. Çalışaq eyni yerlərdə və istiqamətlərdə toplaşmayaq. Bu, çox önəmlidir. Hər birimiz karantin rejimindən yorulmuşuq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR