Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

img

07-08-2020 [16:37]


Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılan hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir. 

Məhkəmə-Hüquq Şurasından Mia.az-a verilən məlumata görə, növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 44 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub. 

İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib. 

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb. 
4 saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR