İNAM KƏRİMOV 5 AY SONRA YENİ APARAT RƏHBƏRİ TƏYİN ETDİ - Keçmiş aparat rəhbəri isə...

img

07-08-2020 [21:56]


KTN rəhbəri İnam Kərimov daha bir gözlənilməz təyinata imza atıb.

Mia.az xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyevi nazirliyin aparat rəhbəri təyin edib.

Məlumatda bildirilir ki, yeni aparat rəhbəri 1967-ci ildə Biləsuvar rayonunda anadan olub.

Rəfail Quliyev

1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.

R.Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, 4 övladı var.

Yeri gəlmişkən, qeyd edək ki, nazirliyin əvvəlki aparat rəhbəri Aqil Quliyev bu ilin mart ayında  “Aqrar Tədarük və Təchizat” ASC-də idarə Heyətinin sədri vəzifəsində qalmaqalla uzaqlaşdırılan deputat Məlahət İbrahimqızının bacısı qızı Leyla Məmmədovanın yerinə təyin olunub. L.Məmmədova isə həmin vaxtdan A.Quliyevin müavini vəzifəsinə keçirilib.

Bəzi iddialara görə, İnam Kərimov mart ayında həmin ASC-də də yoxlama aparılmasını nəzərə alaraq, L.Məmmədovanı vəzifəsində saxlayıb. Lakin sonradan koronavirusla baölı ölkədə yaranan vəziyyətnazirin adıçəkilən ASC-də planlanan dəyişiklikləri etməsinə mane olub... 

Maraqlı məqamlardan biri budur ki, 2018-ci ilin sonunda da “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası yenə də o zaman Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri işləyən Aqil Quliyevə tapşırılıb.

Məlumat üçün onu da qeyd edək ki, A.Quliyev aparat rəhbərindən əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışıb. Dekabrında isə həmin ASC-nin sədri vəzifəsini də icra edib. Lakin az sonra nazir L.Məmməovanı ora sədr göndərib...

AQİL QULİYEV - LEYLA MƏMMƏDOVA

Bundan başqa, həmin  ASC-də bu ilin əvvəlində İqtisadiyyat Nazirliyinin də ciddi təftiş aparması haqda məlumatlar var.

Digər maraqlı məqam isə odur ki, A.Quliyev ASC sədri təyin olunandan sonra rayonlardakı şöbələrdə maaşlar xeyli azalıb.

Bu və ya digər maraqlı məqamlarla bağlı oxuculara yaxın günlərdə ətraflı məlumat verəcəyik.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR