Deputatlar büdcə dəyişikliklərinə "hə" dedi - Layihə qəbul olundu
07-08-2020 [11:13]
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III (sonuncu) oxunuşda müzakirəyə çıxarılıb.
Mia.az xəbər verir ki, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Xatırladaq ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi.
Dəyişikliklə isə 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.
Beləliklə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyinin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyacların yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırmış və bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını zəruri edir.
Qeyd olunan zəruri xərclərin örtülməsi üçün əlavə maliyyə ehtiyatlarının yaradılması yenidən baxılacaq 2020-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.
Bütövlükdə əlavə tələb olunan 1371,5 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:
- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait 465,0 milyon manat;
- səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat (koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına);
- pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238,0 milyon manat;
- pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat;
- pandemiya ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100,0 milyon manat;
- cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat (Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları və s.);
- bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat;
- “ASAN xidmət” üzrə elektron hökumətin tətbiqinin maliyyə təminatı üçün 7,0 milyon manat;
- pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan Respublikası vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün 2,8 milyon manat;- biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.
Bütün bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur.
2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18046,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur, 7719,1 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 91,0 milyon manat və ya 1,2 faiz, 1726,2 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz azdır.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,5 faiz-bənd artacaq, əsaslı xərclərin xüsusi çəkisi 1,0 faiz-bənd və dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.
Aparılan dürüstləşmə ilə xərclərin funksional təsnifatının müvafiq xərc bölmələri üzrə edilmiş dəyişikliklər “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun layihəsində və büdcə zərfində əksini tapıb.
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq