Salyanda gizli fəaliyyət göstərən kafe aşkarlanıb, müştərilər cərimələniblər - FOTO

img

06-08-2020 [18:29]


Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı  Salyan şəhəri Ələt-Astara yolunun 55-km yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib.

Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR