Elektron Kredit Platforması üzərindən biznes krediti üçün 2 000-dən çox müraciət daxil olub

img

06-08-2020 [17:57]


İqtisadiyyat Nazirliyinin kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün istifadəyə verdiyi Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən indiyə qədər yeni biznes krediti sifarişi 630 milyon manat olan 2 000-dən çox müraciət daxil olub.

Mia.az nazirliyə istinadla xəbər verir ki, artıq 98 müraciət üzrə ümumi həcmi 12,5 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, sərf olunan vaxta və xərclərə qənaət olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR