Vüsal Qasmlıdan 5 yeni - Təyinat

img

04-08-2020 [14:12]


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) bir neçə departamentə rəhbər təyin olunub.

Mia.az İİTKM-ə istinadla bildirir ki, icraçı direktor Vüsal Qasımlının əmrilə Mərkəzin əməkdaşı Rəşad Hüseynov İqtisadi təhlil və analitik-informasiya departamentinin rəhbəri təyin olunub.

İİTKM-in maliyyə analitiki Ayaz Museyibov icraçı direktorun əmri ilə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri təyin olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlının digər əmri ilə gəlir-xərc analitiki Yusif Səfərov Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri təyin olunub

İİTKM-in Layihələr Departamentinin rəhbəri isə Vüsalə Cəfərova təyin olunub.

Mərkəzdə daha bir dəyişikliyə əsasən 2017-ci ildən Azexport portalının meneceri kimi fəaliyyət göstərən Ayxan Qədəşov portal rəhbəri təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR