Qəbul imtahanları nə vaxt keçiriləcək? - Rəsmi açıqlama

img

03-08-2020 [17:43]


"Avqustun 5-dən ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejiminin qismən aradan götürülməsi ilə Təhsil Nazirliyində müəllimlərin işə qəbul imtahanları və müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən isə xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi planlaşdırılır".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, müəyyən qrafik üzrə keçiriləcək: “Əlavə olaraq təhsil müəssisələrində müvafiq gigiyena-sanitar qaydalara əməl etmək şərtilə vətəndaşların müraciətləri əsasında müvafiq arayışlar və sənədlərin verilməsinə icazə verilir”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR