"Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur" - BŞİH və "ASAN-Xidmət"dən açıqlamalar

img

03-08-2020 [17:35]


"Mövcüd vəziyyət çimərliklərin açılmasına imkan yaradır".

Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bütün çimərliklərdə insanların sərbəst istifadəsi nəzərdə tutulub: "Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur. İstənilən şəxs istədiyi çimərliyə gedə bilər. Çimərlik.az saytı informativ resursdur. Bura daxil olub, çimərliklərin mövcüd şəraiti, ünvanı və tutum səviyyəsini görə biləcəklər. Çimərliklər səhər saat 8-dən axşam 9-a kimi açıq olacaq”.

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev isə deyib ki, bütün çimərliklərə məsul şəxslər cəlb olunub: "Çimərlik operatorları tərəfindən virusun qarşının alınması üçün lazımi tədbirlər həyata keçirəcəklər. Dezinfeksiya işlərininin aparılması və məişət tullantılarının atılması üçün xüsusi qruplar ayrılıb və müvafiq təlimatlar alıblar. Tibbi maskaların atılması üçün ayrıca konteyner ayrılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR