Kiyevdə biznes mərkəzində olay: naməlum şəxs özünü partlatmaq istəyir

img

03-08-2020 [14:30]


Ukraynanın paytaxtı Kiyevdəki “Leonardo” biznes mərkəzində naməlum şəxs özünü partladacağı ilə hədələyib.

Bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko “Facebook” səhifəsində yazıb.

Məlumata görə, yaşı 35 civarında olduğu deyilən kişi hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırmağı xahiş edib. Biznes mərkəzinin işçiləri artıq məkanı tərk ediblər.

A.Geraşenkonun sözlərinə görə, hazırda terrorçu ilə danışıqlar aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR