Ermənistanda daha 291 nəfərdə koronavirus aşkarlanıb

img

01-08-2020 [10:59]


Ermənistanda daha 291 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 841-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 749-a çatıb. İndiyədək 29 557 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 8 307 aktiv koronavirus xəstəsi var/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR