Deputatlar toplanır: 6 qanun müzakirə olunacaq - SİYAHI

img

31-07-2020 [16:00]


Milli Məclisin avqustun 6 və 7-də keçiriləcək.növbədənkənar sessiyasının gündəliyi açıqlanıb.

Mia.az xəbər verir ki, iclasda 6 məsələ müzakirə olunacaq:

1.Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ;

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.


Digər xəbərlər
SON XƏBƏRLƏR