"Rusiya lazım olan bütün tədbirləri görüb, hazırda Türkiyə ilə birlikdə..." - Rəsmi Moskvadan Qarabağla bağlı yeni bəyanat
30-07-2020 [20:08]
"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi narahatlıq doğurur".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinin vacibliyini vurğulayıb.
“Rusiya bizə dost ölkələr olan Ermənistan və Azərbaycan sərhədində bir müddət əvvəl baş verən gərginliyi böyük həyəcanla qarşılayıb. Əminik ki, çoxillik Dağlıq Qarabağ münaqişəsini də, beynəlxalq arenada olan digər fikir ayrılıqları kimi istisnasız olaraq dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır. Bizim bu mövqeyimizi dəyişməz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ və Fransa, eləcə də BMT, MDB və digər beynəlxalq təşkilatlar bölüşür.
Rusiya rəhbərliyi münaqişənin bundan sonrakı eskalasiyasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb.
Türkiyə tərəfi ilə iyulun 23-də XİN başçıları, 27-də dövlət başçıları səviyyəsində Cənubi Qafqazdakı, xüsusən Dağlıq Qarabağ nizamlanmasındakı mövcud vəziyyət əsaslı şəkildə müzakirə olunub”, - deyə o, vurğulayıb.
"Bölgədəki hadisələrin təhlükəli inkişafı ilə əlaqədar ciddi narahatlıqlarını ifadə edən Rusiya və Türkiyə hesab edir ki, mövcud problemin beynəlxalq hüquq prinsipi əsasında, Azərbaycan və Ermənistan xalqlarının maraqları naminə siyasi-diplomatik həllinə alternativ yoxdur. Tərəfdaşlarla, o cümlədən Türkiyə ilə birlikdə gərginliyin yeni bir dövrünün dayandırılması, Cənubi Qafqazda ümumi vəziyyətin sabitləşməsi məqsədi ilə işlər görməyə davam etməyə, İrəvanla Bakı arasında siyasi dialoqun qurulmasına fəal kömək etməyə köklənmişik", - deyə Rusiya XİN nümayəndəsi "Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiya və Türkiyənin qarşılıqlı anlaşma və ya ortaq baxışı haqqında danışmaq olarmı" sualına cavabında bildirib/APA.
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar