Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı: İşçi Qrup yaradıldı, yeni qərarlar qəbul olundu
30-07-2020 [19:54]
Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin videokonfrans formatında ölkə üzrə 60-dan çox vəkil qurumlarının rəhbərlərinin və 80-dən çox vəkilin iştirakı ilə geniş tərkibdə iclası keçirilib.
VK-dan Mia.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, bu dönəmdə vəkillərimizin karantin, habelə peşə etikası və davranış qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi barədə fikirlərini bölüşüb.
Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bu kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyi vurğulanıb, bu işdə vəkil qurumlarının rəhbərlərinin üzərinə böyük məsuliyyətin düşdüyü bildirilib.
Daha sonra iclasda Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədov dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitlərin cari vəziyyəti, bu sahədə fəaliyyətin daha da səmərələşdiriməsinin yolları barədə fikirlərini bölüşüb, bir sıra vəkil qurumlarının rəhbərləri - Bakı şəhəri 4, 7, 20 saylı və digər vəkil bürolarının rəhbərləri Ramiz İbrahimov, Qəmizə Qəhrəmanova, İlhamə Həsənova, Rövşən Mərəndskiy iclasda qurumların fəaliyyətləri ilə bağlı məlumat verib və səmərəli təkliflərlə çıxış ediblər.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, 2 nəfər yeni üzv vəkilliyə qəbul olunub.
Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onların müxtəlif müddətlərə üzvlük haqqından azad olunması barədə müvafiq qərar qəbul olunub.
İclasda avqust ayı üçün vəkillərin növbətçilik siyahıları təsdiq edilmiş, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib.
Eyni zamanda, iclasda Rəyasət Heyətinin qərarı ilə son dövrlər baş verən erməni təcavüzü ilə bağlı vətəndaşlarımızın hüquqlarının bərpası məqsədilə "Erməni təcavüzü nəticəsində hüquqları pozulmuş şəxslərə yardım üzrə" İşçi Qrup yaradılıb. Rəyasət Heyətinin üzvü, hüquq elmləri doktoru Turqay Hüseynov qrupun rəhbəri təyin olunub.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir