Ceyhun Bayramov Almaniya səfiri ilə bir arada: "Azərbaycan ərazilərinin işğalı ilə heç zaman barışmayacaq"
30-07-2020 [19:37]
Bu ilin 30 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Volfqanq Maniqi qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətlərinin bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan, eləcə də bölgədə təhlükəsizliyə hədə olan Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın rəhbərliyinin ziddiyyətli bəyanat və əməllərinin, eləcə də sonuncu planlaşdırılmış təxribatın münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu qeyd olunub. Azərbaycanın mahiyyət üzrə və nəticəyə yönəlik danışıqları dəstəklədiyini vurğulayan nazir, Azərbaycanın ərazilərinin işğalı ilə heç zaman barışmayacağını və danışıqların məhz işğalın nəticələrinin aradan qaldırılmasına xidmət etməli olduğunu qeyd edib.
Səfir Volfqanq Maniq səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Almaniya Xarici İşlər naziri Hayko Maasın Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu təqdim edib. İki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən əminlik ifadə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur