“Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar

img

30-07-2020 [11:22]


Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.

O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR