“Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir
29-07-2020 [22:37]
“Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə müraciətlərin qəbulu 10 avqust tarixinədək davam edir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, müsabiqə pandemiya ilə mübarizə dövründə fədakarcasına gündəlik işlərini icra etməyə davam edən bütün insanların hekayələrini və sosial təşəbbüslər haqqında yazıları bir araya toplayır.
Bugünədək layihədə iştirak üçün 60-dan çox sorğu qəbul edilib.
“Koronavirusla mübarizə dövründə iş başında vətəndaşlara xidmət edən hər bir kəsin ümumi mübarizəmizə qatdığı töhfə çox qiymətlidir. Bu müsabiqənin həyata keçirilməsində də əsas məqsədimiz əhaliyə bu qəhrəmanları tanıtmaq, bununla da sosial məsuliyyətin təşviqinə dəstək olmaqdır”, - deyə TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
"“Nar” olaraq pandemiya başlayan ilk gündən bəri KSM strategiyamız çərçivəsində həm müştərilərimiz, həm də cəmiyyət üçün faydalı ola biləcək müxtəlif layihələr həyata keçirmişik. “Günün Qəhrəmanları” müsabiqəsi də bizə koronavirusa qarşı mübarizədə fadəkarcasına çalışan insanlar və layihələri tanıtmaq üçün xüsusi imkan yaradır”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov qeyd edib.
Xatırladaq ki, müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən məzmunun keyfiyyətinə və daşıdığı sosial mesaja əsasən müəyyənləşdiriləcək. Qaliblər isə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilərlər. Şərtləri bir daha nəzərinizə çatdırırıq:
1) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
2) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
3) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla bilər.
4) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
5) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər “MS Word” faylında [email protected] elektron ünvanına göndərməlidirlər. 6) Sosial media istifadəçiləri də eynilə, hekayələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB). Əlavə suallar yarandığı təqdirdə, [email protected] elektron ünvanına yaza bilərsiniz
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir