ABŞ Suriyaya maliyyə axıdan şəxslərə sanksiyalar tətbiq etdi

img

29-07-2020 [21:10]


ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) dəbdəbəli binalar tikintisi vasitəsilə Suriya hökumətinə vəsait qazandırdıqlarına görə bir fərd və 9 müxtəlif hədəf barəsində sanksiyalar tətbiq edib.

 ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasına görə, bu addım 2019-cu ilin dekabr ayında qəbul edilmiş Qeysər Suriya Mülki Əhalisini Qoruma Aktı çərçivəsində sayca ikinci sanksiya əməliyyatı olub Suriya prezidenti Bəşşar Əsədin hökumətini iqtisadi cəhətdən dəstəkləyən sahibkar Vasim Ənvər əl Qəttan və ona məxsus şirkətlərə qarşı yönəlib.

Belə ki, ABŞ ərazisində onlara aid bütün mülkiyyət və maliyyə vəsaitləri bloklanır.

Bugünkü sanksiyaların tətbiq edildiyi hədəflər arasında Suriya münaqişəsi zamanı atəşkəsin əldə olunmasını əngəlləyən dörd şəxs də var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR