"Ermənistanın torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək" - Qarabağ icmasından bəyanat
29-07-2020 [17:32]
"Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik. Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb".
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycanın Dağlıq bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunubki, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub:
"Bir daha bəyan edirik ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır. Ona görə də, qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi, onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir.
O ki qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə edib. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını almış, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olub, o cümlədən qanunsuz məskunlaşdırma aparıb.
Ermənistanın dəfələrlə danışıqlar formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənib. Lakin, cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməyib və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbələr endirməkdə davam edib. 12 iyul 2020-ci il tarixində biz bunun bir daha şahidi olduq.
Aydındır ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində Ermənistan maraqlı deyil. Lakin, Ermənistan bilməlidir ki, onun torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”.
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb