Kaliforniyanın vitse-qubernatoru erməni daşnaklarının vəhşiliklərini pisləyən bəyanat verib

img

29-07-2020 [12:48]


Kaliforniya vitse-qubernatoru Eleni Kunalakis 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib.

Mia.az Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna istinadla xəəbr verir ki, E.Kunalakis açıqlamada Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib. O, hər kəsin öz fikrini ifadə etmək azadlığına sahib olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməz olduğunu vurğulayıb.

Baş konsul Nəsimi Ağayev E.Kunalakisə sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.

Qeyd edək ki, erməni daşnaklarının Los- Ancelesdəki bu zorakılığından sonra baş konsul N.Ağayev bir sıra yerli rəsmiləri bu haqda dərhal məlumatlandıraraq, onları bu zorakılığı pisləməyə çağırmışdı.

2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E.Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb


Digər xəbərlər
SON XƏBƏRLƏR