GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR: XALQIN SEVGİSİNİ QAZANAN BƏSTƏKAR
29-07-2020 [12:45]
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, pedaqoq, musiqi xadimi, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli bəstəkar VASİF ADIGÖZƏLOVun anadan olmasının 85-ci ildönümü tamam olur.
Hörmətlə xatırlayaq.

Vasif Adıgözəlov
Vasif Adıgözəlov sənəti bir sıra ölkələrdə tanınır və qəbul olunurdu. Bir bəstəkar kimi də çox xoşbəxt idi. Çünki heç bir yazısı masada qalmadı. Nə yazdı, hamısı ifa olundu, səhnəyə qoyuldu. Bu sənətkar üçün böyük işdir və fəxrdir. Atam Azərbaycanda nə mükafat, nişan varsa, hamısına layiq görülüb, ən əsası və ən vacibi isə xalqın sevgisini qazanıb...
Azərbaycan torpağı daim tarixdə iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. İncəsənət tarixinə adını böyük hərflərlə həkk etmiş, musiqimizi böyük müvəffəqiyyətlə təmsil edənlərdən biri də tanınmış bəstəkar, professor, Xalq artisti, Əməkdar İncəsənət xadimi, "Şərəf" və "Şöhrət" ordenli Vasif Zülfü oğlu Adıgözəlovdur.
Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətt və üsluba malik, Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, öz yaradıcılığı ilə Şərqin və Qərbin mənəvi dəyərlərinin yüksək bədii sintezinə nail olan sənətkarlarımızdandır.
QISA ARAYIŞ:
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası ZÜLFÜ ADIGÖZƏLOVun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.
Vasif Adıgözəlov müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır.

Yalçın Adıgözəlov
Böyük xanəndə, muğam ustadı ZÜLFÜ ADIGÖZƏLOV bu gün də hörmətlə xatırlanır.
Bir dəfə ondan soruşublar:
- "Ay Zülfü, sən özün xanəndə ola-ola, nəyə görə oğlunun birini pianoya, o birini skripkaya qoymusan?".
O, uzaqgörənliklə: "Tardı, kamançadı, muğamdı bunların hamısı onların qanında var. Ona görə də, qoy onlar Avropa sənətinə daha yaxın olsunlar," - demişdir.

Zülfü Adıgözəlov
Daha çox vokal və skripka ifaçısı kimi məşhur olan məlahətli səsə malik RAUF ADIGÖZƏLOV mahnı janrının inkişafında da öz xidmətlərini əsirgəmədi. O, həm orkestrdə çalışır, kamera ansamblında işləyir, digər tərəfdən bəstəkar mahnıları və romanslarda skripka ilə ifa edirdi. Rauf Adıgözəlov klassik və müasir bəstəkarların əsərlərini özünəməxsus zərifliklə ifa edirdi.
Heyf ki, dünyadan tez köçdü...
Görkəmli dirijor, Xalq artisti YALÇIN ADIGÖZƏLOVun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir.
Vasif Adıgözəlov əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilmişdir.
23 noyabr 1973-cü ildə "Azərbaycan SSR Əməkdar İncəsənət xadimi", 21 mart 1989-cu ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır
O, 1995-ci ildə "Şöhrət ordeni" və 27 iyul 2005-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.
Vasif Adıgözəlov 2 opera ( "Ölülər və "Natəvan), 5 musiqili komediya("Hacı Qara", "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana", 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"), 3 kantata, 4 simfoniya, 6 instrumental konsert, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.
"Şərikli çörək", "Həyat bizi sınayır", "Qaraca qız", "Kişi sözü" filmlərinin musiqisi də Vasif Adıgözəlova məxsusdur.
Vasif Adıgözəlov çox həyəcanlı bir ömür yaşadı. Dünyanın bir sıra ölkələrini gəzdi. Bir gün olmadı ki, əsər yazmasın. Axırıncı əsərlərini belə son nəfəsinə qədər yazıb qurtardı. "Çanaqqala oratoriyası", "Natəvan operası", "Qarabağ şikəstəsi oratoriyası" əsərlərinin hamısını tamamlaya bildi...
O, özünü mahnı bəstəkarı hesab etmirdi. Ona görə ki, bu janr yaradıcılığında əsas yeri tutmamışdı. Ancaq yazdığı mahnıları tanınmış, gözəl səsli müğənnilər Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə və başqaları sevə-sevə ifa edirdilər. Çünki Vasif Adıgözəlov musiqi sənətinin hansı janrına müraciət edirsə-etsin, ürəklə yazırdı. Ona görə də, əsərləri uğur qazanır, məhəbbətlə dinlənilirdi.
... Bakıda doğulub- böyüsə də, ata yurdu Qarabağın ermənilər tərəfindən işğal edilməsi Vasif Adıgözəlova da böyük sarsıntılar yaşatdı. Ömrünün sonlarında yazdığı əsərlərdə kədər notları daha çox əksini tapdı. Həyatının son iyirmi ilində bütün yaradıcılığı Qarabağla bağlı
idi. Onun "Qarabağ şikəstəsi" oratoriyası, "Qəm karvanı", "Şuşam laylay" əsərləri, üzərində on bir il işlədiyi "Natəvan" operası Qarabağ həsrətindən yarandı. Vasif Adıgözəlovun ən böyük arzusuydu: torpaqların erməni işğalından azad edildiyi günləri görmək.
Vasif Adıgözəlov 2006-cı ilin 15 sentyabrında uzunsürən xəstəlikdən sonra vəfat etdi. O, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
Bəstəkarın əsərləri onun bitməyən nisgilini - hələ də erməni əsirliyində qalan ata yurdu Qarabağın dərdini, harayını dünyaya yayır...
Görkəmli dirijor, Xalq artisti Yalçın Adıgözəlov: "Vasif Adıgözəlov bizim üçün əvəzolunmaz ata idi. O, bir atanın oğluna edə biləcəyi hər şeyin ən yaxşılarını etdi, hətta, əlindən gəlməyəni belə etdi. Mən çox xoşbəxt bir insanam, çünki, atam mənim ən yaxın dostum idi. Münasibətimiz ata-oğul münasibətindən daha artıq idi. Burada, əlbəttə ki, həmkar olmağımızın çox böyük rolu var. Məsələn, qardaşım Toğrul həkimdir. Anamın nəslinin davamçısıdır. Toğrul özü o sənəti seçdi. Amma mənim başqa seçimim yox idi. Gözümü açandan musiqi eşitmişəm. Dahi bəstəkarları, yazıçıları, şairləri görmüşəm. Və mənim yolum da belə cızıldı... Mən də, qardaşım da çalışırıq ki, atam bizə necə ata olubsa, biz də övladlarımıza atalıq vəzifəsini düzgün yerinə yetirək.
... Ailəmizdə ikinci Vasif Adıgözəlov da var. Qardaşım Toğrulun oğludur.
Zülfüqar isə mənim oğlumun adıdır.
Çox istərdim ki, övladlarımız bu sənətin davamçıları olsun...
Mənim həyat fəlsəfəm bu nəslin sənətini ən yüksək pillədə qoruyub saxlamaqdır. Amma bu, o qədər də asan deyil...
Vasif müəllim mənə adını və sənətinin ən uca zirvələrində olan əsərlərini miras qoyub getdi..."
Vasif müəllim, həm də Sizin kimi Azərbaycana başucalığı gətirən, onu dünyada tanıdan "əsər"lər - övladlar qoyub getdi, Yalçın müəllim!...
Mia.az
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq