Mübariz Qurbanlının eyni ünvanda qeydiyyatda olan şirkətlərlə yarımmilyonluq "seminar" tenderləri... - Maraqlı faktlar üzə çıxdı
29-07-2020 [12:13]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Babadağ” MMC, “Zərdər” MMC və “Büllur-M” MMC ilə toplam dəyəri 528 240 AZN olan müqavilə imzalayıb.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, “Babadağ” MMC 186 500 AZN-ə “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfransların, “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlərin, “Zərdər” MMC 179 140 AZN-ə “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələrin, “Büllur-M” MMC isə 162 600 AZN-ə “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda keçiriləcək regional müşavirələrin təşkilatı işlərini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr xidmətinin məlumatlarına görə “Babadağ” MMC 10 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.
27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 20 AZN olan “Zərdər” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Natiq Yavər oğludur.
“Büllur-M” MMC-yə gəlincə, şirkət 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.
Hər üç şirkət barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Lakin şirkətlərin üçünün də bu ilin fevralında yaranması diqqət çəkir. Büllur MMC ilə Babadağ MMC-nin eyni ünvanda qeydiyyatda olması da maraqlıdır.
Digər tərəfdən, araşdırmalarımız zamanı bəlli olub ki, “Babadağ”ın qanuni təmsilçisi Xəyal Mustafazadə həm də “Xəmsə” MMC-nin, “Büllur” MMC-nin qanuni təmsilçisi Məmmədhüseyn Hümbətov isə həm də “Çinar-N” MMC-nin hüquqi sahibidir. Bu şirkətlər də 2020-ci ilin fevral ayında təsis edilib. Hüquqi ünvanları olaraq isə Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131 göstərilib.
“Xəmsə” və “Çinar” MMC-lər bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.
Şirkətlərin eyni ayda yaradılması, eyni ünvanda qeydiyyatdan keçməsi və bir neçə aydır ki, təsis edilməsinə baxmayaraq iri məbləğli satınalmaların qalibi olması müəyyən şübhələrə yol açır. Güman ki, adıçəkilən MMC-lər sadəcə “tender əməliyyatları” üçün yaradılıb.
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb